Cerom Paeull Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) yeni rəhbəri olacaq.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Wall Street Journal" nəşri öz mənbələrinə istinadən yazır.
C. Pauell hazırda FES-in İdarəedicilər Şurasının üzvüdür.
Jurnalın yazdığına görə, Ağ ev C.Paeulli xəbərdar edib ki, D. Tramp onun namizədliyini FES rəhbəri vəzifəsinə irəli sürəcək.
FES-in hazırkı rəhbəri Canet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevral ayında başa çatır.
Bundan öncə D. Tramp bəyan edib ki, FES-in yeni rəhbərinin adını cümə axşamı açıqlayacaq.
L.Ə.