Dünya bazarlarında “qara qızılın” qiyməti ucuzlaşmaqda davam edir. WTI neftinin bir bareli artıq 30 dollardan aşağı satılır.
Bu barədə Oxu.Az hərracların son nəticələrinə istinadən xəbər verir.
ICE London qitələrarası birjasında Brent neftinin aprel fyuçeslərinin qiyməti bir barelə görə 2,2% azalaraq 33,31 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,9% ucuzlaşaraq 29,99 dollar olub.