2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrə 144 min 29.41 ton tomat satıb.
Oxu.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 157 milyon 171.62 min dollar olub.
Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 27 041.54 ton (23.1%), dəyər ifadəsi ilə isə 17 587.71 min ABŞ dolları (12.6%) çoxdur.
2024-cü ilin ilk 9 ayında ixrac 116 987.87 ton, dəyəri isə 139 milyon 583.91 min ABŞ dolları olub.