Xarici İşlər Nazirliyi diplomatik xidmət əməkdaşları üçün "Xarici siyasət proqramı" və xarici diplomatlar üçün "Xəzər hövzəsi araşdırmalar kursları"nın keçirilməsini təmin etmək üçün satınalma həyata keçirib.
Oxu.Az xəbər verir ki, bir mənbə metodu ilə keçirilən satınalma üzrə ADA Universiteti ilə müqavilə bağlanılıb. Xidmət üçün nəzərdə tutulmuş məbləğ 299 min 43 manat təşkil edir.
Kurslar 2025-ci il sentyabrın 23-də başlayıb və 2025-ci il dekabrın 30-dək davam edəcək.