2014-cü ilin yanvar ayında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 1,7 milyard manatlıq və ya 2013-cü ilin müvafiq ayı ilə müqayisədə 9,3%-dən çox əmtəə satılıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin əmtəə bazarı haqqında cari ilin yanvar ayının hesabatında əks olunub.
Hesabata görə, istehlak mallarının 900,3 milyon manatını (1 milyard 100 milyon dollardan çox) qida məhsulları, içkilər və tütün məmulatları; 765,6 milyon manatını qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 5,1% bəndi artıb.
Cari ilin yanvar ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,7 dəfə artaraq 242,3 min manat təşkil edib.
Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 84,5%-ni hüquqi, 15,5%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.
Elektron ticarət dövriyyəsinin 91,9%-ni qeyri-ərzaq malları təşkil edib.
Gülnarə Zeynalova
www.oxu.az