Azərbaycanda bütün növ ərzaq məhsulları mütəmadi olaraq zənginləşdiriləcək.
Oxu.Az biznesinfo.az-a istinadən xəbər verir ki, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli açıqlamasında bildirib ki, parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik layihəsində bu məsələlər də əksini tapacaq.
O qeyd edib ki, burada əsas problem kimi götürülən aparıcı ərzaqlardan un, şəkər, süd və s. ərzaqların tərkibinin zənginləşdirilməsi qanunla rəsmiləşəcək, bu kimi ərzaqların tərkibinin zənginləşdirilmədən satışı qadağan olunacaq:
“Bu gün ərzaqlarda bəzi mikroelementlər çatmır, bu da əsasən erkən yaşdan uşaqların səhhətinə təsir edir. Odur ki, bu kimi ərzaqlarının tərkibinin lazımı mikroelementlərlə zənginləşdirilməsi tələb olunacaq”.