Böyükşor ərazisindən Ziya Bünyadov prospektinə qədər olan ərazinin kəsişməsində uzunluğu 610, eni isə 26 metr olan 6 zolaqlı və 3 gediş-gəlişli tunelin tikintisi davam edir.
Oxu.Az SİA-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, artıq tunelin çöl hissəsində üzlük pilitələrin quraşdırılması başa çatdırılıb:
“Hazırda qapalı hissədə həmin üzlük pilitələrin quraşdırılması, tavanın alkopanla üzlənməsi, işıqlandırma və digər işlər davam edir. Paralel olaraq yan yollarda səki daşlarının, yəni mərmər bardürlərinin qoyulması işləri gedir. Yəqin ki, may ayında yan yollarda asfalt örtüyünün çəkilməsinə başlanılacaq”.
P.Mürsəliyev onu da qeyd edib ki, tunelin yayda istifadəyə verilməsi nəzərdə tutulur.