Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanının nəticələri açıqlanıb
Dördüncü "Yüksəliş" müsabiqəsinin qabiliyyət imtahanının nəticələri açıqlanıb.
Müsabiqənin İşçi Qrupundan Oxu.Az-a bildirilib ki, iştirakçılar şəxsi kabinetinə daxil olaraq Hesabatlar bölməsində imtahan nəticələri ilə tanış ola bilərlər.
Ümumilikdə 1311 iştirakçı imtahanı uğurla tamamlayaraq əyani mərhələnin idarəetmə bacarıqları imtahanında iştirak etmək haqqı qazanıb. Həmin imtahanla bağlı ətraflı məlumat tezliklə iştirakçıların şəxsi kabinetinə yerləşdiriləcək.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsinə malik perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
"Yüksəliş" müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Növbəti - dördüncü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.
"Azərbaycan" teqi üzrə xəbərlər
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- Amadou Sov: "Yeni Qvineya malyariya, daşqınlar və meşələrin qırılması ilə mübarizə aparır"