Türkiyənin “Ziraat Bankası” Azərbaycanda fəaliyyət göstərən yerli banklardan biri ilə ortaqlığını davam etdirir. Səhmləri tamamilə bizə aid olan yeni bankı isə 2015-ci ilin ikinci rübünün sonunda açacağıq.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin “Ziraat Bankası”-nın baş direktoru Hüseyn Aydın bildirib.
Qeyd edək ki, Türkiyənin “Ziraat Bankası”nın Azərbaycandakı törəməsi “Zıraat Bank Azərbaycan” təxminən ay yarımdan sonra fəaliyyətə başlayacağı planlaşdırılır.
Məlumat üçün bildirək ki, bank xaricdə ortaqlıq və ya şöbə olaraq 16 ölkədə 84 nöqtədə xidmət göstərir.
Ülviyyə R. Əli
www.oxu.az