Sentyabrın 13-14-də Kazan şəhərində (Rusiya) beynəlxalq nəqliyyat-logistika forumu keçiriləcək.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, nəqliyyat-logistika forumu “Vahid beynəlxalq nəqliyyat-logistika sisteminin yaradılması və inkişaf etdirilməsi: perspektivlər və reallıqlar” mövzusunda keçirilir.
Forumda Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.
Tədbirdə Avrasiya məkanında beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, multimodal logistika mərkəzlərinin nəqliyyat sistemində rolu, nəqliyyatla bağlı infrastruktur layihələrinə investisiyaların cəlb olunması ilə bağlı problemlər və onların həlli yolları və s. məsələlərin müzakirəsi nəzərdə tutulub.