Lənkəranda qadının həmkəndlisi tərəfindən qətlə yetirildiyi məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılaraq istintaqa təhvil verilib.
Mərhumun atası Polad Ağayev hadisənin dəhşətli təfərrüatını Baku TV-yə belə nəql edib:
"Sadə qarovulçu idi. Sonra uşağı aparıb gecə ilə öldürüb. Həmin gecə yağış yağırdı, bizim heç nədən xəbərimiz olmayıb. Qızıma üst-üstə zəng edib. Axırıncı dəfə də üç dəfə zəng edib, sonra telefonu atıb. Təranə deyib ki, mən qaçıram. Bir-iki gündən sonra biz polisə gedib qızımın itkin düşdüyünü bildirdik".
Mərhumun bacısı Nazəndə Ağayeva hadisə günü baş verənlərlə bağlı deyib: "Biz Əliağanın ona zəng vurduğunu bilmirdik. Əliağadan sonra qardaşım Fuada zəng edib ki, mən qaçıram. Ondan sonra heç bir xəbər çıxmadı. İndi eşidirəm, Təranənin meyitinin tapıldığını dedilər".
2012-ci ildə Lənkəranda itkin düşmüş qadının qətlə yetirildiyi müəyyən edilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1988-ci il təvəllüdlü Təranə Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb.
Qadının meyitinin qalıqları basdırıldığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, bir neçə il əvvəl T.Ağayevanın qardaşı Fuad şübhəli şəxs qismində tutulmuşdu. Lakin o, bacısının meyitinin qalıqlarının olduğu yeri göstərə bilməmiş, daha sonra sərbəst buraxılmışdı.
