Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
4 yaşlı qızı döyüb öldürərək quyuya atmaqda təqsirləndirilən şəxs: “Meyiti gizlətməyə kömək elədim”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 4 yaşlı qızı döyüb öldürməkdə ittiham olunan Mehman Mansurovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, prosesdə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, uşağı özü yox, qeyri-rəsmi həyat yoldaşı öldürüb:
“Hadisə günü – yanvarın 23-də işdən evə qayıdanda birlikdə yaşadığı Xəyalə adlı qadın artıq Məryəmi öldürmüşdü. Mən ancaq onunla birlikdə meyiti büküb, aparıb quyuya atmaqda iştirak eləmişəm. Uşağın öldürülməsindən mənim xəbərim olmayıb. Xəyalə Məryəmin gəlməsinə etiraz edirdi, uşağa baxmaq istəmirdi. Mən isə onun narazı olmasını uşağın atasına deyə bilmirdim. Hirslənəndə onu vururdu. Hadisə günü də əsəbiləşib döyüb, uşaq ölüb. Mənə dedi ki, meyiti gizlətməyə kömək elə. Mən də elədim”.
Xatırladaq ki, Mehman Mansurova qarşı CM-in 126.3 (qəsdən sağlamlığa ağır xəsarət yetirmə - ölümə səbəb olduqda) maddəsilə ittiham verilib.
İttihama görə, 2018-ci il təvəllüdlü Məryəmin 1 yaşı tamam olmamış onun anası Günellə atası Taleh Allahyarov ayrılıb. Uşaq atasının yanında qalıb. T. Allahyarov isə işə getdiyindən usağı ailə dostu M.Mansurovgilə qoyub, axşam onlardan götürürmüş.
Bu il yanvarın 23-də T. Allahyarov Mehmana zəng vurub uşağı onlara gətirməyini xahiş edib. Mehman uşağı xalasıgilə apardığını desə də iki gün T. Allahyarova müxtəlif bəhanələr gətirib. Ata uşağının itməsi ilə bağlı polisə şikayət edəndən sonra Məryəmin meyiti yaşadığı ərazinin yaxınlığındakı 10 metrlik quyudan tapılıb.
Rəylər