Gürcüstanda 187 xarici vətəndaş müxtəlif müddətli həbs cəzası çəkir və onların arasında 76 vətəndaşla Türkiyə liderdir.
Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Cəzaçəkmə və Probasiya Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, bu siyahıda ikinci yerdə Rusiya – 41 vətəndaş, üçüncü yerdə isə Azərbaycandır – 39 vətəndaş.
Gürcüstanda ümumilikdə 10 mindən çox məhbus var.