Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

40 manata görə yaxın qohumuna beş bıçaq zərbəsi endirib
Bakıda yaxın qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işinin məhkəmə baxışı keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib.
Zərərçəkən Ramo Əliyevin məhkəmədə sərbəst ifadəsindən məlum olub ki, tərəflər arasında mübahisə borca görə olub:
"Rusiyaya getməliydim, pulum az idi. Arzumanla uşaqlığımız bir yerdə keçib. Həmin ərəfələrdə ondan 40 manat borc aldım. Həmin borcu Rusiyadan qayıtdıqdan sonra qaytaracağımı bildirmişdim".
Zərərçəkənin dediklərindən məlum olub ki, o, Rusiyaya getdikdən sonra çox keçmir ki, geri qayıdır və Arzumanla üzləşir:
"Arzuman məni görən kimi borc aldığım 40 manatı istədi, mən isə pulumun olmadığı üçün sonra verəcəyimi dedim. Buna görə mübahisə etsək də, onun sonra gəlib məni vuracağına inanmırdım".
Qohumların mübahisəsindən bir neçə saat sonra Arzuman Əsədov Ramo Əliyevə zəng edərək görüşmək istədiyini deyib. Onlar Lökbatan qəsəbəsi ərazisində görüşüb yenidən mübahisə edərkən Arzuman Əsədov Ramo Əliyevə qəfil bıçaq zərbələri endirməyə başlayıb. Xəstəxanaya çatdırılan Ramo Əliyevə 5 bıçaq xəsarətinin yetirildiyi məlum olub.
Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 28-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
Elgün Həsənli
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- "Abzas Media" işi üzrə həbs olunan şəxslərə HÖKM OXUNDU
- Piramida dələduzluğunda təqsirləndirilən "Zevs"in qardaşı hakim qarşısında
- Bakıda avtomobil qəzası adı ilə tanışını qətlə yetirənə ağır cəza verilib
- Gömrük Komitəsinin həbsdə olan sabiq vəzifəli şəxsinin cəzası azaldıldı
- Tanınmış meyxanaçı "Mahir Ay Brat" yenidən HƏBS EDİLDİ