Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Abşeronda vətəndaşlardan 64 odlu silah və əl qumbaraları götürüldü - CİNAYƏT STATİSTİKASI
Abşeron rayonunda vətəndaşlar 64 odlu silah, 33 əl qumbarasını polisə könüllü təhvil veriblər.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, Abşeron Rayon Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib.
Vətəndaşlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq 11-i "Kalaşnikov" avtomatı, üçü tapança və 50-si ov tüfəngi olmaqla qanunsuz saxlanılan ümumilikdə 64 odlu silah, 33 əl qumbarası və müxtəlif çaplı patronlar polisə könüllü təhvil verilib.
Narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı keçirilən əməliyyatlar zamanı isə 10 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və çətənə kolları çıxarılıb.
Abşeron rayonunda oğurluq və digər cinayətlərin törədilməsinə görə axtarışda olan doqquz nəfər saxlanılıb, "isti iz"lərlə 26 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 188, xırda xuliqanlıq və talama ilə əlaqədar 93 fakt aşkarlanıb, mülki axtarışda olan 29 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.
Bununla yanaşı, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 315, spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən 6, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan 216 sürücü inzibati məsuliyyətə cəlb edilib.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb
- Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıblar
- Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu
- DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
- 5 dəqiqəyə 20 minin xərclənməsi: "TikTok"da çirkli pullar necə yuyulur?
Rəylər