Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi](https://images.oxu.az/2025/02/13/XsDDSCeOUpk1NVeRXSvZM22zXd2dn2gxV7r3TAEI:1200.jpg)
Ağcabədi sakini 10 kiloqram narkotiklə ələ keçdi
Ağcabədidə saxlanılan şəxsdən polis 10 kiloqram narkotik vasitələr aşkarladı.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Vüsal Əliyev saxlanılıb.
Onun idarəsində olan avtombildən götürülən çantaya baxış zamanı 6 kiloqram marixuana, 2 kiloqram heroin və 2 kiloqram həşiş aşkarlanıb. V.Əliyevin narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Rəylər