Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Ağdaşda atları və camışları oğurlayan iki nəfər tutulub
Ağdaşda silsilə oğurluq hadisələri qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək rayonun Qaradeyin kəndi ərazisindən 18 rəst at və 16 baş camışın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməllərini törətmiş, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 37 yaşlı Orxan İbrahimov və 26 yaşlı Tural Qasımov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, onlar müxtəlif vaxtlarda oğurladıqları heyvanları Bərdə və İmişli rayonuna apararaq orada satıblar.
Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Keçmiş məhkum yenə narkotikə görə HƏBS EDİLDİ
- Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb
- Bakıda 28 avtobusdan oğurluq edilib - Şübhəli şəxslər saxlanıldılar
- Sürücülük hüququ olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxsin narkotik aludəçisi olduğu üzə çıxıb
- DİN XƏBƏRDARLIQ ETDİ: Bir istiqamətdə yola məhdudiyyət qoyuldu