Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhmədlə bağlı daha bir İDDİA - YENİLƏNİB + VİDEO
Bakıda ailəsinin beş üzvünü xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı yeni iddialar səsləndirilib. Belə ki, verilişlərin birinə zəng edən şəxs 4-5 il öncə Əhməd Əhmədov tərəfindən döyüldüyünü, pullarının və telefonunun oğurlandığını bildirib.
Səsləndirilən iddialarla bağlı Oxu.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, bu iddialar həqiqəti əks etdirmir:
“İddialar araşdırılıb və təsdiqini tapmayıb. Həmin şəxslə əlaqə saxlanılıb və o, bildirib ki, onu kiməsə oxşadıb, əsaslı olaraq sübut təqdim etməyib”.
14:50
Bakıda ailəsinin beş üzvünü öldürməkdə təqsirləndirilən Əhməd Əhmədovla bağlı iddialar davam edir.
Həmin iddialardan bir neçəsi “Space” TV-nin efirində yayımlanan “Gəl, danış” verilişində səsləndirilib.
Belə ki, efirə telefon zəngi vasitəsilə qoşulan Nadir adlı şəxs Əhməd Əhmədovun illər əvvəl ona xəsarət yetirdiyini iddia edib:
“4-5 il bundan öncə Muşfiqabad qəsəbəsində Əhməddən saatı soruşmuşdum. O da məni boğmağa başladı. Mən yarım saat huşsuz vəziyyətdə qaldım. Həmin vaxt o, mənim cibimdəki pulları və telefonumu da götürmüşdü. O zaman Əhmədin 19-20 yaşları olardı. Yanında da başqa bir oğlan vardı”.
Qeyd edək ki, bundan əvvəl Ə.Əhmədovun qeyri-qanuni əməlləri ilə bağlı bir neçə iddia yayılıb.
Daha ətraflı videoda:
Rəylər