Azərbaycan hüquq-mühafizə orqanları İran vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.
Oxu.Az xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, İran İslam Respublikasının vətəndaşı Seyid Saleh Huseyni rəsmi sənədləri saxtalaşdırmaqda və dələduzluqda ittiham olunur.
Onun tutulması üçün Azərbaycan İnterpola müraciət edib.