Moskvada hüquq-mühafizə orqanı əməkdaşları “Bolşaya Filevskaya”da restorana sxodkaya gəlmiş doqquz kriminal avtoriteti saxlayıblar, lifenews.ru məlumat yayıb.
Oxu.Az xəbər verir ki, görüşdə “qanuni oğrular” yezidi və gürcü qruplaşmaları arasındakı münaqişəni həll etməyə hazırlaşırdılar, münaqişə onlara qəyyumluq edən komersantlar arasındakı borc üzündən yaranıb.
Hüquq-mühafizə orqanı əməkdaşları Matsik ləqəbli Qvaramiya Mahare və Turçik kimi tanınan Nurqaz Torçinava kimi avtoritetləri saxlayıb. Polisin əlinə həmçinin Roman Musus Lomtadze, Şalva Roko Xuçua və Vitalik Maxaçkalinski kimi tanınan Vitali İzgilov da düşüb.
Yezidilər və gürcülər arasında münaqişə Ded Xasanın adamlarına tabe olan və onun ölümündən sonra yezidilərin klanının başsız qalmasından sonra başlayıb. Daxili münasibət aydınlaşdırmaları nə vaxtsa qüdrətli olan klanı daxildən zəiflədərək başqa qruplaşmalar ilə münaqişələrə sövq edib.
Operativ məlumata əsasən, gürcülər və yezidilər paytaxtda ərzaq bazarlarına, əsasən də Azərbaycandan göyərti gətirilməsinə nəzarət edir, oyun evlərinə qəyyumluq edir, eləcə də gömrük müsadirəsinin həyata keçirilməsinə nəzarət edirlər.