Rusiyanın istintaq komitəsinin mətbuat xidmətindən bildiriblər ki, Sankt-Peterburqda yerləşən Coca-Cola zavodunun direktoru Dmitri Soşnevin qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, “İstintaq və operativ-axtarış əməliyyatlarının, Rusiya İK müstəntiqləri və regional RF DİN Dİ əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxitauiri və daha öncə məhkum olunmuş 46 yaşlı Vyaçeslav Finogenov saxlanılıb”, - məlumtada deyilib.
İstintaqın versiyasına görə Denis Çxitauir və Vyaçeslav Finogenov Dmitri Soşnevə Frunze rayonunun ərazisində qarajların yaxınlığında görüş təyin ediblər.
Daha öncə fakt üzrə Coca-Cola zavodunun direktoru Dmitri Soşnevin itkin düşməsi ilə əlaqədar Rusiyanın Sankt-Peterburq üzrə İstintaq Komitəsində cinayət işi açılmışdı.
Dmitri Soşnevin anası oğlunun noyabrın 28-də işə gedib geri qayıtmaması ilə əlaqədar noyabrın 30-da polisə müraciət edib.
Zavodda bildiriblər ki, Dmitri Soşnev dekabrın 1-də işə gəlməyib.