Yarım kq heroinin qaçaqmalçılığında ittiham edilən Azərbaycan vətəndaşına açılmış cinayət işi Naxodkanın prokurorluğu tərəfindən məhkəməyə göndərilib.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, ittiham edilən şəxs heroini Primoryeyə mədəsində gətirib.
“Versiyaya görə o, Azərbaycanda təxminən 500 qram, polietilenə bükülmüş 159 bağlama heroin alıb və udaraq paytaxt aeroportuna, sonra isə Vladivostoka gətirib”, - Yelena Teleginanın sözlərindən sitat.
Müttəhim Naxodkaya Vladivostokdan gəlib. Burada narkotik maddələr ondan alınıb. İndi kuryer narkotik vasitələrin qanunsuz saxlanması, daşınması, eləcə də Gömrük İttifaqı sərhədlərinin gömrük xəttindən narkotik vasitələrin keçirilməsində ittiham edilir. Bu maddəyə görə o, 20 il həbs cəzası ala bilər.