Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycana qeyri-leqal yollarla gətirilən 36 kq narkotik vasitə aşkarlanıb
Azərbaycana qeyri-leqal yollarla gətirilən 36 kq narkotik vasitə aşkarlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinə növbəti dəfə külli miqdarda narkotiklərin ölkəyə qeyri-leqal yollarla gətirildiyi barədə əməliyyat məlumatı daxil olub. Narkotiklərin ölkə ərazisində daşınması, ünvanlara çatdırılması və satış şəbəkəsini quran şəxsin müəyyən edilməsi məqsədi isə xüsusi əməliyyat planı hazırlanaraq həyata keçirilib.
Lənkəran rayonundan başlayan əməliyyata paytaxtın Sabunçu rayonu ərazisində yekun vurulub. Narkoşəbəkənin ölkə üzrə əsas üzvlərindən olan şəxs - əvvəllər də narkotik və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş 31 yaşlı Elgün Əliyev bu əməliyyatın nəticəsi olaraq saxlanılıb. Onun evindən və sərnişin kimi əyləşdiyi avtomobildən 36 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Bu şəxs ifadəsində marixuananı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsilə əldə etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Ötən gün 40 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
- Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir saxlanıldı
- Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
- Siyəzən polisindən növbəti əməliyyat: Külli miqdarda narkotik vasitə aşkarlandı
- Masallı sakinindən 10 kiloqram narkotik vasitə aşkarlanıb