Biləsuvarda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, rayonun Xırmandalı kəndində qeydə alınan hadisə torpaq mübahisəsi zəminində baş verib.
Kənd sakini Fərhad İsmayılov “Oba” adlanan ərazidə “Tula” markalı ov tüfəngindən həmyerliləri Adış və Bayram Novruzov qardaşlarına atəş açıb. Bayram qarın boşluğundan, Adış isə qarın və bud nahiyyəsindən güllə yarası alıb. Yaralı qardaşlar dərhal Biləsuvar mərkəzi rayon xəstəxanasına çatdırılıblar.
Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra B. Novruzovun vəziyyəti ağırlaşıb və o, Salyan mərkəzi rayon xəstəxanasına aparılıb.O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hər iki yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Hadisəni törətmiş F. İsmayılov isə könüllü olaraq Biləsuvar rayon polis şöbəsinə gələrək təslim olub. O, istifadə etdiyi ov tüfəngini də polisə təhvil verib.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
12:57
Biləsuvarda silahlı insident olub.
Oxu.Az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.
Kənd sakinləri Adış Novruzov və onun qardaşı Bayram odlu silahdan açılmış atəşdən aldıqları güllə yaraları ilə xəstəxanaya yerləşdiriliblər.
Hadisəni münaqişə zəminində törədən kənd sakini Fərhad İsmayılov könüllü olaraq polisə gələrək təslim olub. O, hadisəni törədərkən istifadə etdiyi “Tula” markalı ov tüfəngini də polisə təhvil verib.