Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda casusluq edən əcnəbi saxlanıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Azərbaycanda casusluq edən əcnəbi vətəndaş tutulub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Sohrabi Akbar Ghesmat Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkənin xüsusi xidmət orqanı tərəfindən məxfi əməkdaşlığa cəlb edilməsi və strateji obyektlərlə bağlı məxfi sənədlərdə olan məlumatların ələ keçirilməsi istiqamətində fəaliyyət göstərib.
DTX İstintaq Baş İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb.
Akbar Sohrabi barəsində olan cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Dövlət Təhlükəsizliyi Xidməti (DTX)" teqi üzrə xəbərlər
- Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib
- Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası ilə bağlı qaydaya dəyişiklik olunub
- Bakıda Əfqanıstanla bağlı beynəlxalq tədbir keçirilib
- Əli Nağıyev: "Azərbaycan Əfqanıstanın təhlükəsizliyi ilə bağlı təşəbbüsləri dəstəkləyir"
- "Interpol" Makronun mühafizə rəisi A.Benallanı "Qırmızı Bülleten"lə axtarışa verdi