TƏBİB Astarada baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.
APA xəbər verir ki, məlumatda bildirilir:
"29 iyun 2024-cü il tarixində saat 23:00 radələrində Astara rayon Şüvi kəndində baş vermiş güllələnmə hadisəsi ilə bağlı bir nəfər (kişi cinsli) şəxs sifətin dağılmış-didilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, xəsarət alanın müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir".
İyunun 29-da saat 21 radələrində Astara rayonunun Şüvi kəndi ərazisində 1967- ci il təvəllüdlü Namik Əhmədovun odlu silahdan açılmış atəş nəticəsində ölməsi ilə bağlı cinayət işi açılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Astara Rayon Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, araşdırmalarla Astara rayonu Şüvi kənd sakini, 1983-cü təvəllüdlü Bəşir İsrafilovun aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Namik Əhmədovu odlu silahdan atəş açaraq qəsdən öldürməsi, daha sonra isə həmin silahla özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Bəşir İsrafilov xəstəxanaya yerləşdirilib və polis mühafizəsi altında saxlanmaqla ona tibbi yardım göstərilir.
Astarada güllələnmə olub, bir nəfər ölüb.
"Report"un məlumatına görə, hadisə Şüvi kəndində baş verib.
Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirməkdə şübhəli bilinir. Sonra o, özünün baş nahiyəsindən atəş açıb.
B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Nərimanov rayonunda, "Metro Park" ticarət mərkəzinin önündə 21 yaşlı İsmayıl Allahverdiyev 24 yaşlı Tural Kosayevi başından güllələyərək qətlə yetirmişdi.
Rəylər