Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanda DƏHŞƏT: Dalaşdığı qohumunu vurub üstündən avtomobillə keçdi
Goranboyda kişi avtomobili ilə 40 yaşlı qohumunun üstündən keçib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Veyisli kəndi ərazisində baş verib.
Belə ki, Tarzan Şamilov rayonda "Kürd Amo" kimi tanınan, 1984-cü il təvəllüdlü Əhməd Ərəbovu şəxsi münasibətlər zəminində mübahisəyə görə avtomobili ilə vurub, daha sonra onun üstündən keçib.
Ə.Ərəbov ölüb, T.Şamilov isə hadisə yerindən qaçıb.
Əldə etdiyimiz məlumata görə, T.Şamilovla Ə.Ərəbov arasında mübahisə torpağa görə olub. Hadisədən bir müddət əvvəl tərəflər kənddə dava ediblər.
Qeyd edək ki, Ə.Ərəbovun məhkumluğu olub. O, narkotiklərin qanunsuz dövriyyəsi maddəsi ilə üç il müddətində həbs həyatı yaşayıb.
Hadisə günü T.Şamilov öz avtomobili ilə əvvəlcə Ə.Ərəbovun maşınını arxadan vurub. Ə.Ərəbov avtomobilindən enəndə isə T.Şamilov onu maşını ilə vurub və üstündən keçib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan T.Şamilov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Fotoda Əhməd Ərəbov
Samir İsayev
Rəylər