Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
16 yaşında ərə gedən qadının kirayə qaldığı evdə qanını tökdülər: Ər arvadına 33 bıçaq zərbəsi vurdu
Şəmkirdə bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Belə ki, iki ildir ailəli olan 25 yaşlı Yusif Məhərrəmov və 18 yaşlı Laləzar Əhmədova arasında yaranan mübahisə qanla bitib.
Hadisə onların 3 aydır kirayədə yaşadıqları mənzildə qeydə alınıb.
İlkin ehtimala görə, ər qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına 33 bıçaq zərbəsi vurub. Xəstəxanaya çatdırılan yaralı əməliyyat olunub, hazırda vəziyyəti stabil-ağır olaraq qalır.
Hadisəni törətməkdə şübhəli bilinən Yusif Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
Ətraflı Baku TV-nin süjetində:
Şəmkirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun "Şəhərcik" adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Laləzər Əhmədova bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, qadını mübahisə zamanı həyat yoldaşı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis mayoru Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Yusif Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Salyanda ərini doğramaqda təqsirləndirilən qadın sərbəst buraxıldı, oğlu saxlanıldı
- Ağstafada dəhşətli qətl: Qadın öldürüldü, 3 900 manatı oğurlandı
- Şamaxıda QƏTL: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir"
- Azərbaycanda tanınmış həkimin qızı ilə bağlı dəhşətli iddia: Ərini öldürüb doğradı
- İki rəfiqənin dəhşət saçan qətl planı: "Hazırlaş, gedirik"
Rəylər