“City Devoloper” MMC-nin direktoru Bəkirov Ratmir Əliəşrəf oğlu həbs edilib.
Oxu.Az xəbər verir ki, R. Bəkirovun vəkili Kamandar Nəsibovun APA-ya verdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Bəkirovun barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən cinayət işi başlanılıb.
R.Bəkirovun Azərbaycan Beynəlxalq Banka kredit borcunun olduğu bildirilir.