Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda tələbə HƏBS EDİLDİ
Gəncədə kafe sahibini qətlə yetirən 2004-cü il təvəllüdlü Samir Hüseynova hökm oxunub.
"Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi S.Hüseynovu Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilib.
Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin marketinq ixtisası üzrə 2-ci kurs tələbəsi olan Samir tanışı 1988-ci il təvəllüdlü Kamil Cəfərovu 23 bıçaq xəsarəti ilə amansızlıqla öldürüb.
Bildirilib ki, Kamil Cəfərov kafe sahibi olub və hadisə də kafedə baş verib. Qonşuluqdakı obyektdə günəmuzd fəhlə kimi çalışan Samir Kamili söyüşə görə qətlə yetirdiyini deyib.
Məhkəmənin hökmü ilə S.Hüseynova 17 il həbs cəzası verilib.
"Qətl hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda qadın klinika direktoru olan əri tərəfindən GÜLLƏLƏNDİ - Hadisə şahidi hər şeyi DANIŞDI
- Beyləqanda DƏHŞƏTLİ QƏTL: Qadın otaqda oğru ilə üz-üzə gəldi
- İmicini dəyişib 4 il polisdən gizlənibmiş - Emin Ramazanovun şübhəli bilindiyi qətldə yeni DETAL
- Xırdalanda arvadını pəncərədən ataraq öldürən şəxslə bağlı QƏRAR
- Naxçıvanda qohumunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb