Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ağdaşda toyda qonağı döyən MÜĞƏNNİ SAXLANILDI - Hadisənin təfərrüatı
Ağdaş rayonunda toyda baş verən davanın təfərrüatları məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayon ərazisindəki "Ağ saray" restoranında baş verib. Toyda iştirakçı olan Namiq Hüseynov mahnı sifarişi üstündə müğənni Tural Hüseynovla mübahisə edib. Mübahisə nəticəsində N.Hüseynov müğənnini söyüb və restoranda dava düşüb. Nəticədə müğənni Tural Hüseynov və onun qardaşı, ansamblın üzvü Orxan Hüseynov Namiq Hüseynovu döyüblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, müğənni və qardaşı saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli
Ağdaşda toyda dava olub.
Oxu.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Yuxarı Qəsil kəndində yerləşən şadlıq sarayında baş verib.
Toyda qonaq olan 64 yaşlı N.Hüseynovu musiqiçilər döyüblər. O, polisə müraciətində müğənni və onun qardaşı tərəfindən döyüldüyünü bildirib.
Məlumata görə, dava mahnı sifarişi üstündə yaranıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, zərərçəkmişin xəsarəti ilə bağlı müvafiq ekspertiza təyin olunub, əməli törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Samuxda qonşu qadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu
- Polis əməkdaşlarının sosial müdafiəsi gücləndirilir
- Biləsuvarda əməliyyat: Marixuana və tiryək aşkarlandı
- Laçın Rayon Polis Şöbəsindən ƏMƏLİYYAT: 300-ə yaxın çətənə bitkisi və silah-sursat aşkarlandı
- Bakıda gənc oğlana xəncərlə hücum edildi