Xantı-Mansiysk muxtar vilayət prokurorluğu tərəfindən fırıldaqçılığa görə məsuliyyətə cəlb edilməsi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Azərbaycan vətəndaşı N.Sakitə qarşı ekstradisiya yoxlaması aparılıb.
Oxu.Az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, o, axtarışda idi.
O, 2015-ci ilin iyul ayında Surqut ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Rusiya Federasiyasının baş prokurorluğu tərəfindən onun Azərbaycana verilməsi barədə qərar qəbul edilib.
Beləliklə də fırıldaqçını vətənə göndəriblər.