Dünən “Adam içində” verilişində hadisələr bir-birini göz qırpmadan əvəz edib.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, itən qızın axtarışları ağlagəlməyən məcraya gedib çıxıb.
Övladı itən ananın hadisədə şübhəli bildiyi qadın studiyaya gəlib. Ona qarşı başqa ittihamlar da irəli sürülüb.
Ana itmiş qızının axtarışına çıxıb. Ananın sözlərinə görə, qızı ilə bağlı 5-6 gündür ki, səs-soraq yoxdur. Qızının harada olub-olmadığı barədə verilişdə ana ipucu belə verib. Onun sözlərinə görə, evlərinə bir müddət əvvəl gələn Kəmalə adlı bir qadın, yetkinlik yaşına çatmayan qızının itməsində bilavasitə rol oynayıb.
Ana hesab edir ki, evinə tez-tez gələn Kəmalə xanımın əslində, başqa bir məqsədi olub. O da qızını düzgün yola çəkməməkdir. Verilişə gələn Kəmalə xanım isə, ananın iddialarını rədd edərək, qızın itməsində əlinin olmadığını, bu ailənin isə əxlaqa uyğun həyat sürmədiyini deyib.
Verilişin gedişatında efirə Gülnarə adlı şəxs tərəfindən olunan zəng başqa məqamları ortaya çıxarıb. Gülnarə xanım iddia edib ki, efirə gələn Kəmalə adlı qadın əslində insan alverilə məşğul olub. Onun sözlərinə görə, Kəmalə xanım qadınları əks cins nümayəndələri ilə görüşdürüb, bunun müqabilində pul da alıb.
Hətta zəng edən Gülnarə xanımın ailəsini dağıtmağa da cəhd edib, onun ərilə görüşüb. Bütün bu faktlar zalda əyləşən hər bir kəsi şok vəziyyətinə salıb. Efir gedən zaman elektron məktub itən qızla bağlı sirli məqamları açıb.
Məktubda bildirilib ki, itən qız hal-hazırda Türkiyənin İzmir şəhərindədir. İnsan alverilə məşğul olan şəxslər tərəfindən saxlanılır. O, bura saxta sənədlərlə gətirilib və cinsi istismara məruz qalır.
E.Ə.
www.oxu.az