Azərbaycanlı şəxs barədə beynəlxalq axtarış elan edilib.
Oxu.Az İnterpolun saytına istinadən xəbər verir ki, axtarış Rusiya tərəfindən verilib.
Məlumata görə, 31 yaşlı Şahin Novruzov mütəşəkkil dəstənin tərkibində ağır cinayətdə iştirak etməkdə təqsirli bilinir.
Rusiya hüquq-mühafizə orqanları onun tutulması üçün dövlətlərarası axtarış elan edib.