Znamenskdə (Rusiya) Azərbaycandan olan qarpız satıcısı məhkəmə qarşısına çıxarılıb.
Oxu.Az bu barədə “Komsomolskaya Pravda”ya istinadən xəbər verir.
Polis tərəfindən sənədləri yoxlanılan azərbaycanlı rüşvətlə hüquq-mühafizə orqanlarının əməkdaşlarından qurtulmaq istəyib. Axı o, qarpızları qanunsuz satırmış. Lakin polis 500 rubl (indiki məzənnə ilə 8,5 Azərbaycan manatı) rüşvətdən imtina edib və vəzifəli şəxsə rüşvət vermə maddəsi ilə protokol yazıb.
Məhkəmə müttəhimə qarşı çox sərt olub. Azərbaycanlı törətdiyi əmələ görə qarşıdakı 6 ayı ümumi rejimli həbsxanada keçirəcək. Ona cərimə də kəsilə bilərdi, lakin vətəndaşın daimi gəliri yoxdur. Beləliklə, altı ayı həbsdə keçirmək lazım gələcək.