Azərbaycanda qətl törədən şəxs Astanada tutulub.
Oxu.Az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü (qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Elsevər Əsgərov Qazaxstanın Astana şəhərində tutularaq respublikamıza gətirilib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az