Saratov vilayətinin Volsk şəhərində yoxlanış zamanı polis məmuru zərər çəkib.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Volsk şəhərində bazarda yoxlama zamanı polis əməkdaşı zərər çəkib.
Rusiya KİV bildiriblər ki, polis mayoru Vildan Rezepov qarpız satışı məntəqəsini görüb.
Polis əməkdaşı sənədlərin tərtibi ilə məşğul olarkən qafqazlının oğlu hadisə yerinə gələrək DİN zabitinə başı ilə zərbə endirib.
Polis əməkdaşına hücum etmə faktı ilə əlaqəli Volsk şəhəri üzrə İstintaq şöbəsi tərəfindən RF CM-in “vəzifəsini icra edərkən hakimiyyət nümayəndələrinə qarşı zorakılıq” 318-ci maddəsi ilə yoxlama aparılır.
Saxlanılan şəxs heç kimi döymədiyini, mayorun birdən-birə burnundan qan açıldığını deyib.