Azərbaycanlı Abbas Musayev dörd ildən çoxdur ki, Çelyabinskin Metallurq rayonunda Tişenko adına uşaq parkında spirtli içki satışı ilə məşğul olub.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, istintaqın rəyinə əsasən, 2010-cu ilin oktyabrından park ərazisində iş adamı öz kafesində lisenziyası olmadan və ictimai yerdə alkoqollu içki satışına olan qadağaya məhəl qoymayaraq bu cür içkiləri satmaqla 16,8 milyon rubl qazanıb.
Musayevin qeyri-qanuni sahibkarlıq maddəsi üzrə cinayət işi məhkəməyə göndərilib.