Rusiyanın Yekaterinburq şəhərinin Taqansk sırası adlanan yerdə üç azərbaycanlı qardaş silahdan atəş açıblar.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər saxlanılıb, digər iki qardaş xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, hadisə oktyabrın 3-də, Minomyotçular küçəsindəki “Xanoy” ticarət mərkəzinin qarşısında baş verib.
Şahidlərin sözlərinə görə, atəşi Taqan sırası adlanan yerdə dayanan azərbaycanlılar açıblar. Tezliklə hadisə yerinə polis əməkdaşları gəlib və hadisənin baş vermə səbəblərini müəyyənləşdiriblər.
Məlum olub ki, insident iştirakçıları üç qardaşdırlar. Rusiya DİN-in Yekaterinburq İdarəsinin məlumatına görə, kişilər pul üstündə dava ediblər. Münaqişə zamanı qardaşlardan biri “Sayqa” markalı tüfəngdən atəş açıb. Nəticədə onun 39 və 29 yaşlı iki qardaşı yaralanıblar.
Hazırda faktla bağlı araşdırma aparılır.