Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Kiyevdə, insan orqanlarını satmaq niyyəti olan beynəlxalq cinayətkar qrupun fəaliyyətində iştirakda şübhəli bilinən iki nəfəri saxlayıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə UTX-nin mətbuat xidmətində bildiriblər.
“Cinayətkarlar az təminatlı ailələrdən olan potensial donorları cəlb edərək, onları Asiya və Latın Amerikası ölkələrinə qanunsuz orqan transplantasiyası əməliyyatları üçün göndərirdilər. 2010-2014-cü illərdə onlar Ukrayna, Azərbaycan, Ermənistan, Litva və Rusiya vətəndaşlarından ibarət yüzlərlə insanı sərhəddən keçiriblər”, - məlumatda deyilir.
Məhkəmə onların günahkar olduğunu sübut etdiyi halda, cinayətkarları 12 il həbs cəzası gözləyir.