Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azyaşlı qızına cinsi zorakılıq edən sevgilisini bıçaqladı - Bakıdakı dəhşətli cinayətin TƏFƏRRÜATI
Bakıda tükürpədən cinayət hadisələrindən daha biri üzrə məhkəmə araşdırması başa çatıb.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu cinayətin təqsirlisi 37 yaşlı kişi, zərərçəkmişi isə 9 yaşlı uşaqdır.
İttihama görə, 9 yaşlı Ayla (bütün ad-soyadlar şərtidir - red.) anasının nikahdankənar münasibətdə olduğu kişi tərəfindən seksual xarakterli zorakılığa məruz qalıb.
Özü də bu hal bir dəfə baş verməyib. Təqsirləndirilən Ramin Əsədov Aylaya qarşı nalayiq hərəkətləri əsasən anası içkili vəziyyətdə yuxuda olarkən edib. Azyaşlı başına gələnləri anasına deməkdən qorxduğu üçün susmaq məcburiyyətində qalıb.
Növbəti dəfə Ramin eyni hərəkəti edərkən Aylanın anası bunu görüb. Həmin vaxt ana əsəblərini cilovlaya bilməyərək "niyə belə etdin, niyə etdin?" - deyərək Ramini bıçaqlayıb. Sonuncu qan içində özünü təcili yardıma çatdıra bilib. Məhkəmə hökmü ilə qadına həbslə bağlı olmayan cəza verilib.
Təqsirləndirilən Ramin isə ittiham edildiyi 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə razılaşmayıb. O, birlikdə yaşadığı qadının ondan 300 manat pul istədiyini, məbləği vermədiyi zaman isə ona şər atdığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi zərərçəkmişi, qanuni nümayəndəni və şahidləri dinlədikdən sonra müttəhimi ittihamla təqsirli bilib. Hökmə əsasən, Ramin 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Əvəz Zeynallı azadlığa buraxıldı - İLK FOTOLARI
- Yarım milyard manatlıq məhkəmə işində ziddiyyətli məqamlar: "Mən heç cibimdəki pulu saya bilmirəm"
- Bakıda homoseksual şəxs oğlan tələbəni qaçırdı - TƏFƏRRÜAT
- Tahir Qədəşov "Atlant" üzərindən həbsi götürmək üçün hərəkətə keçib - Qalmaqallı dələduzluq işi
- Məhkumların məktəbində 63 min manat mənimsəyən direktor: "Pulu müalicəmə xərclədim"