Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakı sakininin telefon və çantasını talayan şəxs tutulub - VİDEO
Bakının Nizami rayonunda soyğunçuluq hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs zərərçəkənə yaxınlaşaraq onun mobil telefonunu və içərisində sənədləri olan çantasını talayıb. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Sərxan Mustafayev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakı sakininin telefon və çantasını talayan şəxs tutulub - VİDEO

Ən çox oxunanlar