Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda 45 yaşlı kişi öldürülüb: Saxlanılan var
Bakıda 45 yaşlı kişi qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, aprelin 28-də saat 20 radələrində Xəzər rayonu Buzovna qəsəbəsində 1979-cu il təvəllüdlü Sadiq Hüseyn oğlu Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1954-cü il təvəllüdlü Natiq Hüseyin oğlu Dadaşov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Ən çox oxunanlar