Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda 74 minlik DƏLƏDUZLUQ - Üç nəfər SAXLANILDI
Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74 500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, polis əməkdaşları dələduzluğa məruz qalan vətəndaşların müraciətləri əsasında əməliyyatlar keçiriblər.
Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63 000 manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9 000 manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2 530 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.
"Dələduzluq cinayəti" teqi üzrə xəbərlər
- Bakıda falçıdan ağlasığmaz əməllər - Müharibədən qoruma cadusu üçün 32 min alıb
- Qadınları görüntüləri ilə şantaj edən bloqer yenidən hakim qarşısında
- Qeyri-yaşayış sahəsini başqa şəxsə yenidən satan MTK rəhbərinə HÖKM OXUNDU
- Vəzifəli şəxsin cinayət əməllərinin DETALLARI - Saxtakarlıq, rüşvət və dələduzluq
- Təmizlikçi işləyən ahıl qadının 25 min manatını ələ keçirən filial müdiri HƏBS OLUNDU
Rəylər