Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bakıda arvadını idarədə güllələyən polis hakim qarşısında
Bakıda həyat yoldaşını güllələyərək qətlə yetirən polis serjantı İsmayıl Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə İsmayıl Məmmədovun vəkili cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Məhkəmədə iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, elektron formada məhkəməyə vəsatət göndərib. Hakim həmin vəsatətin növbəti iclasda müzakirəyə çıxarılacağını deyib.
Hazırlıq iclası yanvarın 25-nə təxirə salınıb.
Qeyd edək ki, rəsmi məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi müəyyən edilib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Atasının qətlini sifariş edən oğul: "Anam öləndən sonra başqa qadınlarla gəzirdi"
- Azərbaycanda DƏHŞƏT: Doqquz yaşlı uşaq anasının sevgilisi tərəfindən QƏTLƏ YETİRİLDİ
- Talassemiyalı uşaqlara yığılan pulla bağlı məhkəmə: "Dedi ki, 93 min dollar donorun qiymətidir"
- Dələduzluqda təqsirləndirilən şəxs: "Saxta sənədlə prokurora da mobil nömrə satmışam"
- Dövlət Nəfəs Alətləri Orkestrinin sabiq bədii rəhbərinin cəzası azaldılıb
Rəylər