Paytaxtın Xəzər rayonunda əqli geriliyi olan şəxs polis əməkdaşlarına xəsarət yetirib.
Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Report”a bildirib ki, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli geriliyi olan H.Ağayevin aqressiv hərəkətlərilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.
H. Ağayev polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib.
22:52
Bakının Xəzər rayonunda axtarışda olan şəxs 2 polisə xəsarət yetirib.
APA xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.
Belə ki, axtarışda olan şəxs evinə gələn Xəzər Rayon Polis İdarəsinin Çevik Polis Alayının əməkdaşları - Y.Rəcəbov və X.Yolçuyevə bıçaq xəsarətləri yetirib. Bundan başqa o öz qohumu, V.Ağayevə də bıçaq xəsarəti yetirib. Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Fakt araşdırılır.