Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda hipermarketdəki silahlı insidenti törədənlər hakim qarşısına çıxarılır
Bakıda hipermarketdəki silahlı insidentlə bağlı təqsirləndirilənlərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaq orqanı tərəfindən Azər Məmmədovun, Dəyanət Qüdrətovun, İbrahim İbrahimovun, Səbuhi Qurbanovun, Babək İsgəndərovun və Ruhlan İsmayılovun işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, martın 4-də saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketdə baş vermiş silahlı insident zamanı Rüfət Sahib oğlu Həşimovun qəsdən öldürülməsi və Samir Ruslan oğlu Şaydayevin sağlamlığına ağır zərər vuran xəsarətlər yetirilməsi barədə daxil olmuş məlumatla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qudrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib. İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qudrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, bir ədəd “Makarov” və bir ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qudrətovun üzərindən isə bir ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb. Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- "Moon Kids" uşaq bağçasının dələduzluqda ittiham olunan direktoru özünü təqsirli bilməyib
- Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
Rəylər