Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Bakıda iaşə obyektində baş verən mübahisə qanla bitdi: Cinayət işi AÇILDI](https://images.oxu.az/2023/06/28/01/22/09/3c248cf8-a402-4238-96dc-cf568b0b9ce6/FotoJet - 2022-11-20T092034.169:1200.jpg)
Bakıda iaşə obyektində baş verən mübahisə qanla bitdi: Cinayət işi AÇILDI
İyunun 27-si, saat 23 radələrində paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində yerləşən iaşə obyektlərindən birində 1984-cü il təvəllüdlü Zaur Nəmətovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Xəzər Rayon Prokurorluğu məlumat yayıb.
Bildrilib ki, aparılan araşdırmalarla 1995-ci il təvəllüdlü Akif Məcidovun aralarında yaranmış mübahisə zamanı Zaur Nəmətova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Akif Məcidov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
Ən çox oxunanlar
Rəylər