Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 56 yaşlı Hafiz Şahmalı oğlu Quliyev yaşadığı evin həyətindəki turnikdən özünü kəndirlə asıb.
Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər. İntiharın səbəbi məlum deyil.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.
Rəylər