Bakının Xətai rayonu ərazisində mənzillərin birindən 17 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikəri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər